Ermənistan Müdafiə Nazirliyində istefa?
30 İyul 2010 Cümə 11:20
Ermənistan Müdafiə Nazirliyi mətbuat katibi vəzifəsindən gedib.
Seyran Şahsuvaryan artıq Ermənistan Müdafiə Nazirliyinin mətbuat katibi deyil. O, bu günlərdə tutduğu vəzifəsindən azad edilib. Bu barədə “Novosti Armeniya”ya Seyran Şahsuvaryan özü məlumat verib.

Sabiq mətbuat katibinin sözlərinə görə, o, hazırda Ermənistan MN-nın “Əsgər” rəsmi qəzetinin baş redaktoru vəzifəsində çalışır.

Qeyd edək ki, Ermənistan Müdafiə Nazirliyinin rəsmi saytı olan “www.mil.am”da isə hələ də Seyran Şahsuvaryanın nazirliyin mətbuat katibi, ictimaiyyət və KİV ilə əlaqələr üzrə şöbənin müdir müavini olduğu yazılıb. ANSPRESS


DOSTLARINLA PAYLAŞ:

oyunlar