Ermənistan Müdafiə Nazirliyi yanında hərbçi cəsədi aşkarlanıb
05 Oktyabr 2010 Çərşənbə Axşamı 14:30
Meyit Ermənistan polisinin baş leytenantı Tiqar Saakyana məxsus olub.
Bu gecə Ermənistan Müdafiə Nazirliyinin binasının yaxınlığında kişi meyiti aşkarlanıb. ANS PRESS-in məlumatına görə, Nor Nork rayon Polis İdarəsi cəsədin Ermənistan polisinin baş leytenantı Tiqar Saakyana məxsus olduğunu bildirib.

İrəvan Yol Polisinin rəisi Arsen Arşakyan və Nor Nork Polis İdarəsinin rəhbəri Muşeq Oqanyan dərhal hadisə yerinə gəliblər.

Erməni hərbçisinin hansı səbəbdən öldüyü və ya öldürüldüyü hələ ki, məlum deyil. ANSPRESS


DOSTLARINLA PAYLAŞ:

oyunlar