Ermənistan müdafiə nazirinin oğlu Azərbaycanda qəzaya uğradı
19 İyul 2011 Çərşənbə Axşamı 13:35
Artur Ohanyanın bir neçə sümüyü sınıb.
Ermənistan müdafiə naziri Seyran Ohanyan ağır yaralanıb. ANS PRESS-in Ermənistanın “news.am” saytına istinadən verdiyi məlumata görə, Artur Ohanyan yol qəzasına düşüb. Qəza Azərbaycanın işğal altındakı ərazisində baş verib.
Nazir oğlunun da içərisində olduğu maşın yoldan çıxaraq təxminən 120 metrlik yarğana yuvarlanıb. Nəticədə maşındakı 15 hərbçi yaralanaraq xəstəxanaya yerləşdirilib.
Ermənistan Müdafiə Nazirliyindən verilən açıqlamada bildirilir ki, 3 hərbçi daha ağır yaralanıb və onların arasında A.Ohanyan da var. Onun bir neçə sümüyü sınıb. Lakin həyatına təhlükə yoxdur.
Qeyd edək ki, Ermənistan müdafiə nazirinin oğlu separatçı birləşmələrin sıralarında qulluq edir. ANSPRESS
DOSTLARINLA PAYLAŞ: