Ermənistan müdafiə naziri Rusiyadadır
13 Yanvar 2010 Çərşənbə 11:45
Səfər çərçivəsində nazirin rusiyalı həmkarı ilə görüşü gözlənilir
Ermənistan müdafiə naziri Seyran Ohanyan dünən Moskvaya işgüzar səfər edib. Bu barədə Ermənistan Müdafiə Nazirliyinin mətbuat xidməti məlumat verib. Səfər çərçivəsində nazirin rusiyalı həmkarı Anatoli Serdyukov və digər yüksək vəzifəli şəxslərlə görüşü gözlənilir. Görüşlərdə Ermənistan-Rusiya hərbi əməkdaşlıq məsələləri müzakirə ediləcək. ANSPRESS
DOSTLARINLA PAYLAŞ: