Ermənistan mətbuatından daha bir yalan
10 Dekabr 2010 Cümə 11:20
Erməni mətbuatı Azərbaycanda zəlzələ baş verdiyini yazıb
"Bu gün Azərbaycan ərazisində zəlzələ baş verməyib". Bu barədə ANS PRESS-ə Azərbaycan Milli Elmlər Akademiyası Respublika Seysmoloji Xidmət Mərkəzindən məlumat verilib.
Qeyd edək ki, bu gün Ermənistanın “News.am” saytının yaydığı məlumatda bildirilir ki, guya bu gün Azərbaycanın Qazax rayonundan 17 kilometr şimal-qərbdə zəlzələ baş verib. Təxribat xarakteli məlumatda qeyd olunub ki, episentrdə 4 bal gücündə olan zəlzələ, rayon ərazisində 3 bal gücündə hiss olunub.
DOSTLARINLA PAYLAŞ: