Ermənistan-İran biznes forumu keçirilib
16 Oktyabr 2010 Şənbə 12:55
İran Ermənistanla əsasən energetika sahəsində əməkdaşlığı genişləndirmək niyyətindədir.
Ermənistanın paytaxtı İrəvanda Ermənistan-İran biznes forumu keçirilib. Forumda iştirak etmək üçün İrandan Ermənistana sənayenin müxtəlif sahələrinə aid 22 şirkətin nümayəndələri gəlib. İranın energetika naziri Məcid Namcu erməni həmkarı Armen Movsisyanla energetika sahəsində bir sıra sənədlər imzalayıb.
İrəvanda keçirdiyi rəsmi görüşlərdə M. Namcu bəyan edib ki, İran Ermənistanla energetika və digər sahələrdə ikitərəfli əməkdaşlığı daha da genişləndirməyə hazırdır. O, İran-Ermənistan sərhədində Araz çayı üzərində Mehri su elektrik stansiyasının tikintisi ilə bağlı imzalanmış memorandum barədə də danışıb. ANSPRESS
DOSTLARINLA PAYLAŞ: