Ermənistan iqtisadiyyatı öz-özünü yeyir
20 Dekabr 2012 Cümə Axşamı 11:11
“Azad demokratlar” partiyasının sədr müavini: "Bunun sonu çox acınacaqlı olacaq".
Ermənistan iqtisadiyyatı öz-özünü yeyir və bunun sonu da çox acınacaqlı olacaq. Bunu “Azad demokratlar” partiyasının sədr müavini Anuş Sedrakyan “Ermənistanın Avropa perspektivi” seminarında bildirib. Onun fikrincə, hazırda Ermənistanda ən böyük problem iqtisadi elementdir.

Anuş Sedrakyanın sözlərinə görə, bu gün avrointeqrasiyanın onlara lazım olduğunu göstərməyə çalışan oliqarxiya bu yolda əsas maneədir.

Əslində isə hakimiyyətdə olanlara Avropanın pulları lazımdır. Nə qədər çox olsa, o qədər yaxşıdır. Ən əsası isə bu pulları Avropa Birliyinin heç bir nəzarəti olmadan tozlamaqdır.




DOSTLARINLA PAYLAŞ:

oyunlar