Ermənistan ictimaiyyəti həyacan təbili çalır
02 İyul 2011 Şənbə 21:29
Onlar hökuməti ermənilərin ölkəni tərk etməsinin qarşısını almağa çağırıb.
Ermənistan ictimaiyyətinin nümayəndələri ölkədən dayanmayan miqrasiyadan narahatçılıq hissi keçirərək Ermənistan parlamentinin spikeri Ovik Abramyan və baş naziri Tiqran Sarkisyana məktub göndərib.

Məktubda ictimaiyyət nümayəndələri ölkə rəhbərliyini artıq “milli fəlakətə” çevrilmiş miqrasiyanın azaldılmasına dair tədbirləri keçirməyə çağırıb. Yerevanda keçirilmiş mətbuat konfransında ictimaiyyət nümayəndələri bildiriblər ki, ölkə parlamenti bu məsələ ilə bağlı müzakirələrə başlamalıdır.

Qeyd edək ki, ölkənin Milli Statistika Xidmətinin məlumatına əsasən, 2010-cu ildə Ermənistanı 12 min insan tərk edib. Lakin, mütəxəssislər hesab edirlər ki, miqrantların həqiqi sayı 70 min təşkil edir. ANSPRESS


DOSTLARINLA PAYLAŞ:

oyunlar