Ermənistan hakimiyyətindəki çat böyüyür
20 Dekabr 2010 Bazar Ertəsi 15:10
Daha bir nazir istefa verməyə hazırdır
Ermənistanın elm və təhsil naziri Armen Aşotyan işinin tələblərə uyğun olmadığı qənaətinə gəlinəcəyi təqdirdə istefa verməyə hazır olduğunu bəyan edib. Nazir özününü istefası haqqında yayılmış şayiələri şərh edərkən belə deyib. Onun sözlərinə görə, hakim Respublika partiyasının 20 illiyi ilə bağlı tədbirdə prezident Serj Sarkisyan dövlət məmurlarının yeni keyfiyyət standartları planını təsdiqləyib.

"Əgər dövlət başçısı mənim bu tələblərə cavab vermədiyimi hesab etsə, onda mən istefa verməyə hazıram", deyə Aşotyan qeyd edib.


DOSTLARINLA PAYLAŞ:

oyunlar