Ermənistan hakimiyyəti "Wikileaks"in açıqlamalarından narahat olub
05 Sentyabr 2011 Bazar Ertəsi 11:03
Konstitusiya Məhkəməsinin üzvündən təkzib verməsi tələb olunub
Ermənistan hakimiyyəti Konstitusiya Məhkəməsinin üzvü Valeri Poqosyana bəyanatla çıxış edərək "Wikileaks" saytında 2008-ci ildə prezident seçkisinin nəticələrindən məhkəməyə verilmiş şikayətlə bağlı yerləşdirilmiş məlumatları təkzib etməsini tələb ediblər. Bu barədə Ermənistanın "Armenia Today" saytı yerli mətbuata istinadən xəbər verib.

Xatırladaq ki, "Wikileaks" saytında ABŞ-ın Ermənistandakı müvəqqəti işlər üzrə vəkili Cozef Penninqtonun 2008-ci ilin 7 martında Pentaqona göndərdiyi məktub yerləşdirilib .Məktubda bildirilir ki, 2008-ci ildə Ermənistan Konstitusiya Məhkəməsinin üzvlərinin müxalifət lideri Levon Ter-Petrosyanın şikayəti ilə bağlı qərarı təzyiq altında qəbul edilib. Belə ki, Konstitusiya Məhkəməsinin üzvlərini keçmiş-prezident Robert Koçaryanın administrasiyası hədələyirmiş.

Konstitusiya Məhkəməsinin üzvü Valeri Poqosyan (hazırda da bu vəzifədədir red.) martın 6-da gecə öz evində təcili görüş təşkil edilməsi xahişi ilə ABŞ səfirliyinə gizlicə müraciət edib. Hazırda Konstitusiya Məhkəməsi eks-prezident Levon Ter-Petrosyanın 19 fevral prezident seçkisinin nəticələrinin qeyri-legitim hesab edilməsi ilə bağlı şikayətinə baxır. Ter-Peteosyan iddia edir ki, seçkilərin nəticəsi saxtalaşdırlıb və o , seçki nəticələrinin yenidən hesablanmasını istəyir. Ter-Petrosyan seçki nətivəsinə görə ikici yeri tutub O, 21, 5 faiz, Serj Sarkisyan isə 52, 8 faiz səs toplamışdı. Bu mübahisəli nəticələr Petrosyan tərəfdarları ilə təhlükəsizlik qüvvələri arasında martın 1-dən 2-nə keçən gecə qanlı davalarla nəticələndi.

Poqosyan iddia edib ki, Robert Koçaryan Konstitusiya Məhkəməsinin yerinə qərar verib və məhkəmə Petrosyanın şikayətini qəbul etməməli imiş.

O deyib ki, məhkəmə prosesi ərəfəsində mayın 4-də prezident administrasiyasının rəhbərinin adından bir nəfər ona zəng edib və onu PA-ya çağırıb. Amma o, imtina edib.

Poqosyan iddia edib ki, həmkarlarından minimum dördü martın 4-də analoji dəvətlər alıb. O bu informasiyanı həmin şəxsləri Administrasiyada görən adamlara istinadən xəbər alıb. Həmçinin PA-da onun qardaşını işdən çıxarmaqla hədələyiblər.

Qeyd edək ki, Poqosyan səhhəti ilə bağlı məhkəminin dinləmələrə getməyib və səsvermədə də iştirak etməyib.

Poqosyanın sözlərinə görə, məhkəməninn üzvlərindən biri hakimiyyətlə əməkdaşlıq edib. Çünki onun oğlu Tiqran Balayan Ermənistan Xarici İşlər Nazirliyinin mətbuat katibi təyin edilib.

Poqosyan bildirirb ki, onun dinləmələrdə iştirak etməməsi və məsələ ilə bağlı mövqeyi şəxsi problemlərə də də səbəb ola bilər. O, etiraf edib ki, əgər təzyiqlər olmasaydı, Konstitusiya Məhkəməsinin bütün üzvləri Petrosyanın xeyrinə səs verərdilər.


DOSTLARINLA PAYLAŞ:

oyunlar