Gürcüstan sərhədçiləri iyunun 19-da Ermənistan parlametinin deputatı, “Cavax” cəmiyyətinin sədri Şirak Torosyanı Gürcüstana buraxmayıblar. “Reqnum” informasiya agentliyinin məlumatına görə, erməni deputat Gürcüstana səfər edən nümayəndə həyətinin tərkibində olub.
Deputatın sözlərinə görə, o, Gürcüstan sərhəd keçid məntəqəsində 1 saat saxlanılıb. Bir müddət sonra isə Gürcüstan sərhədçiləri bildiriblər ki, rəhbərlik onlara Torosyanı ölkəyə buraxmamağı tapşırıb.
Qeyd edək ki, nümayəndə heyəti Gürcüstanda iki ölkə arasındakı ikitərəfli münasibətləri və Cavax bölgəsində yaşayan ermənilərin problemlərini müzakirə etməli imişlər.
Hadisə ilə bağlı olaraq Ermənistan Xarici İşlər Nazirliyi Gürcüstan Xarici İşlər Nazirliyinə etiraz notası göndərib. Amma hələ ki, faktla bağlı rəsmi məlumat verilməyib. /ANS PRESS/