Ermənistan Gömrük İttifaqına qoşula bilər
06 Mart 2014 Cümə Axşamı 19:43
Bu il Ermənistan Gömrük İttifaqına (Gİ) qoşulan dördüncü ölkə ola bilər.
ANS PRESS-in məlumatına görə, bu barədə Avrasiya İqtisadi Komissiyasının sədri Viktor Xristenko açıqlama verib.

Onun sözlərinə görə, Ermənistanın 2014-cü ildə Gömrük İttifaqına qoşulması hüquqi şəkildə öz həllini tapa bilər.
“Ötən il keçirilən dekabr sammitindən sonra Ermənistan İttifaqa qoşulmaqla bağlı irəliyə doğru ciddi addımlar ataraq “Yol xəritəsi”ni müəyyən edib. Əminəm ki, rəsmi İrəvan bu il Gömrük İttifaqına qoşulmaq üçün “yol xəritəsi”nin 260 bəndini reallaşdıra biləcək”, - deyə V.Xristenko bildirib.

Qeyd edək ki, hazırda Gömrük İttifaqına Rusiya, Belarus və Qazaxıstan qoşulub.


DOSTLARINLA PAYLAŞ:

oyunlar