Ermənistan əhalisinin 35 faizi acından ölür
01 Dekabr 2011 Cümə Axşamı 11:10
İki il müddətində ölkədə yoxsulların sayı 270 min nəfər artıb.
Ermənistanda 1 milyon 200 min nəfər və ya əhalinin 35,8 faizi yoxsuldur. ANS PRESS-in erməni kütləvi informasiya vasitələrinə istinadən verdiyi xəbərə görə, Ermənistan Milli Statistika Xidməti 2010-cu ilə olan rəqəmləri açıqlayıb. Bu statistikaya uyğun olaraq, 2010-cu ildə 2008-ci illə müqayisədə Ermənistanda kasıbların sayı 270 min nəfər artıb.
Statistika Xidməti bildirir ki, Ermənistanda kasıblar siyahısına gəlirləri bir ay ərzində 33,5 min dramdan az və ya təxminən 85 dollar təşkil edənlər daxil edilib.
Qeyd edək ki, ermənilər işğal altında olan Azərbaycan torpaqlarını geri qaytarmayanadək, Ermənistanda yoxsulların sayı sürətlə artacaq. Çünki ermənilər qondarma Dağlıq Qarabağ respublikasını "saxlamaq" Ermənistana olduqca baha başa gəlir...
DOSTLARINLA PAYLAŞ: