Ermənistan əhalisi 1,5 milyon nəfərə çatacaq
12 Yanvar 2012 Cümə Axşamı 18:15
İşsizlik üzündən 14 faiz ailəli əhali ölkəni tərk etmək məcburiyyətində qalıb.
2050-ci ilədək Ermənistan əhalisinin sayı əhəmiyyətli dərəcədə azalacaq və 1,5 – 1,7 milyon nəfərə çatacaq. Belə bir proqnozu aparılan araşdırmaların yekun nəticəsi olaraq Ermənistanın “Sosiometr” Sosial Araşdırmalar Mərkəzinin direktoru Aqoran Adibekyan verib. ANS PRESS-in “Novosti-Armenia” agentliyinə istinadən verdiyi məlumata görə, rəsmi statistikaya əsasən, ötən ilin oktyabrın 1-nə olan məlumata görə bu ölkə əhalisinin sayı 3.27 milyon nəfər təşkil edib. “Bizim apardığımız araşdırmalar BMT-nin Ermənistanla bağlı təqdim etdiyi statistik məlumatlara əsaslanır. Bu rəqəmlər də bunu təsdiq edir. Bu gün əhalinin sayının azalması Ermənistanın ən mühüm problemlərdən biridir”, - deyə Adibekyan bildirib.

O qeyd edib ki, BMT-nin etnoqraflarının qiymətləndirməsinə görə, dünya xalqları 4 qrupa bölünür: “Artan, qorunan, azalan və yox olmaq təhlükəsi ilə üzləşən xalqlar. Ermənistan hələ ki, 3-cü qrupa daxil olur”.

Sosioloqun sözlərinə görə, respublika əhalisinin azalmasına səbəb doğuşların sayının azalması ilə bağlıdır. Həmçinin, bu, ölkə əhalisinin son illərdə ölkədən çıxıb getməsi ilə bağlıdır. Yaranmış vəziyyət həm də ciddi demoqrafik problemlərə səbəb olub. “Sorğu keçirilən zaman bir pessimist mənzərə yaranmışdı. İşsizlik səbəbindən Ermənistanda 14 faiz ailəli əhali ölkəni tərk edərək emiqrant statusu alıb”, - deyə Adibekyan vurğulayıb.


DOSTLARINLA PAYLAŞ:

oyunlar