Ermənistan dramı kəskin düşdü
03 Mart 2009 Çərşənbə Axşamı 15:45
Dolların məzənnəsi 307 dramdan 390 drama qalxıb, avronun məzənnəsi isə 390 dramdan 440 drama qalxıb

 

Bu gün Ermənistanın valyuta bazarında bir saat ərzində (saat 11:00-dan 12:00-a kimi) kəskin sıçrayış olub. Dolların məzənnəsi 307 dramdan 355 drama kimi qalxıb. Saat 11-dən sonra alış qiyməti artaraq, 340 drama, satış isə 390 drama çatıb. Bir necə gün əvvəl və bu gün səhər (saat 11:00-a kimi ) dolların məzənnəsi 306 dram idi. 

Ermənistanın Mərkəzi Bankı isə maliyyə bazarına müdaxilənin məhdudlaşdırılması barədə qərar qəbul edib. Bankın sədri Artur Cavadyan bu gün keçirdiyi mətbuat konfransında məzənnə siyasətinin sərbəstləşdiriləcəyini bildirib. Araşdırmalar göstərir ki, bu il dolların məzənnəsi 360-380 dram arasında dəyişəcək. Cavadyan bu məzənnənin artıq bu gündən qeydə alınacağını bildirib. Onun sözlərinə görə, Mərkəzi Bankın bazara müdaxiləsi zəif proqnozlaşdırılır. Bu müdaxilə məzənnələrin kəskin dəyişikliyinin qarşısını almaq üçün ediləcək. Mərkəzi Bankın rəhbəri bildirib ki, ölkənin maliyyə sistemi stabildir və 700 milyon dollar likvidliyi olan banklar növbəti böhranlara hazırdır. Onun sözlərinə görə, 20 faizlik inflyasiya ciddi təsir etməyəcək. Əksinə ilin sonuna inflyasiya 8-9 faiz təşkil edəcək.
Mütəxəssislər isə dramın ucuzlaşdırılmasını xaricdən gətirilən malların bahalaşması ilə nəticələnəcəyini bildiriblər. Üstəlik banklardan dollarla kredit götürənlər devalvasiya nəticəsində itki ilə üzləşəcək. Ən əsası isə dramın ucuzlaşması əhalinin alıcılıq qabiliyyətinin azalmasında özünü göstərəcək. Yeri gəlmişkən, yeni məzənnə siyasəti avronun da kursuna təsir edib. Son 1 gündə Ermənistanda avronun məzənnəsi 390 dramdan 440 drama qalxıb.
Ermənistanda “Star” supermarketlər şəbəkəsinin icraçı direktoru Van Keropyan isə bildirib ki, mağazalar şəbəkəsi 1 saatlıq texniki fasilə elan edib. Buna səbəb isə dolların kursunun dreyf etməsidir. “Star”ın direktorunun sözlərinə görə, son bir saat ərzində mağazalar şəbəkəsi yağ və şikətin qiymətini 20 faiz arıtıb. Buna görə də “Star” gələcəkdə hansı qiymət siyasətini həyata keçirmək barədə düşünür.


Bu günlərdə Ermənistanını fond birjasında 31 milyon dollar dəyərində müqavilə imzalanmışdı. Dolların qiyməti burada 305 dram nəzərdə tutulmuşdu. Hazırda Ermənistanda özəl valyuta dəyişmə məntəqələrində dollar alınır, lakin satılmır. Bank valyuta mübadiləsi məntəqələrində isə dolların satılması yalnız bank rəhbərliyinin əmri ilə mümkündür./ANSPRESS/

 

 



DOSTLARINLA PAYLAŞ:

oyunlar