Ermənistan demoqrafik fəlakətin astanasında
23 May 2011 Bazar Ertəsi 21:28
Ermənilər nəinki öz ölkələrini tərk edir, hətta öz doğma dilindən və Erməni Apostol Kilsəsindən uzaqlaşırlar.
Ermənilərin Ermənistanı tərk etməsi prosesi öz axarı ilə davam edir. Artıq ölkə ziyalıları həyəcan təbili çalır, ciddi şəkildə narahatlıqlarını ifadə edir. Ölkədə hökm sürən siyasi vəziyyət əhalini sosial problemlərdən daha çox sıxır. Hətta vəziyyət o yerə çatıb ki, ermənilər dini mənsubiyyətlərini belə düşünmədən dəyişməyə həvəs edir.

Bu yaxınlarda “İrs” partiyasının təşkil etdiyi vətəndaş qurultayında çıxış edən erməni etnoqraf Qranuş Xaratyan Ermənistandakı mövcud tendensiyadan narahatlığını gizlətməyərək deyib ki, belə vəziyyətin davam etməsi miqrasiya axının artımını gücləndirəcək. Onun sözlərinə görə, hazırda miqrasiyanın həcminin artması nəinki vətəndaşların sosial-iqtisadi çətinlikləri, daha çox onların hüquq və azadlıqlarının pozulması ilə bağlıdır.

Ermənilər bir-birilərinə və hakimiyyətə olan inamlarını itiriblər. Bu gün Ermənistanda bütün dövlət institutlarına total şəkildə inamsızlıq var. Ermənilər saylarına və eləcə də əhalinin tərkibinə görə, demoqrafik fəlakətin astanasındadır. Bunu erməni etnoqraf Qranuş Xaratyan deyir: “Bütün bunların fonunda başqa dinə mənsub olanların sayı artır və getdikcə bu, daha da dərinləşir. Bu isə vətəndaşların total olaraq ümidsizliyə qapılması ilə bağlıdır. İnsan öz dili və din qrupunun daxilində özünüifadə hüququna malik olanda, heç vaxtı onu tərk etmir. İndi vətəndaşlar nəinki ölkəni tərk edirlər, hətta öz doğma dilindən və Erməni Apostol Kilsəsindən də uzaqlaşırlar”. ANSPRESS


DOSTLARINLA PAYLAŞ:

oyunlar