Ermənistan Dağlıq Qarabağ Respublikasını tanımağa hazırlaşır
15 Oktyabr 2009 Cümə Axşamı 22:15
Ermənistan parlamentində qondarma "Dağlıq Qarabağ Respublikasının tanınması haqqında” qanun layihəsi müzakirə olunacaq
Ermənistanın “İrs” partiyası Ermənistan parlamentinin sədrinə qondarma "Dağlıq Qarabağ Respublikasının tanınması haqqında” qanun layihəsini göndərib. Bu haqda “İrs” fraksiyasının rəhbəri Stepan Safaryan keçirdiyi mətbuat konfransında məlumat verib.
“Tezliklə bu qanun layihəsi parlamentdə müzakirəyə çıxarılacaq. Biz ümid edirik ki, bu dəfə həmkarlarımız onu dəstəkləyəcək”, - deyə Stepan Safaryan bildirib.
O bildirib ki, qanun layihəsi qəbul olunmasa belə, parlamentin gündəmində “sonuncu silah" qismində qalacaq.
ANSPRESS
DOSTLARINLA PAYLAŞ: