Ermənistan: Bu bir oğurluq dövlətdir
18 Aprel 2011 Bazar Ertəsi 02:24
Bu gün Ermənistanda bütün maliyyə axınının 90 faizi Ermənistan iqtidarının əlində cəmləşib
“Miabanutyun” Erməni Milli klubunun rəhbəri Sumbat Qaraxanyan Ermənistan rəhbərliyinin mənimsədiyi əmlak və müəssisələrin siyahısını açıqlayıb. Məlum olur ki, bu gün Ermənistanda bütün maliyyə axınının 90 faizi Ermənistan iqtidarının əlində cəmləşib. Ermənistanda rəhbər şəxslərdən asılı olmayan, milli-dövləti, sadə vətəndaş və ərazi maraqlarını qorumaq iqtidarında olan gerçək dövlət sistemi alınmadı. Qaraxanyan vəzifəsindən sui-istifadə edərək varlanan Ermənistanın hakimiyyət təmsilçilərinin adlarını və tutduğu vəzifələri göstərir. Bizə və yəqin ki, elə sadə erməni camaatına da onların içərisində xüsusilə iki nəfərin dolanışığı, həyat şəraiti maraqlıdır: Robert Koçaryan və Serj Sarqsyan.

Koçaryan hakimiyyətdə olarkən indi göstəriləcək sahələrdə ya paya sahib idi, ya da həmin sferaları tam nəzarət altında saxlayırdı:

Vergitətbiqetmə, telekommunikasiya, inşaat sektoru, qaz təchizatı, qiymətli daşların cilalanması və habelə qiymətli daşlarla bağlı bütün əməliyyatlar, xüsusən də ixrac və idxal, ümumi idxalın 30-40 faizi, mineral qazıntılarının haislatı və emalı, kommunikasiya və nəqliyyat infrastrukturu, poçt və mülki aviasiya.

“Miabanutyun”-un verdiyi məlumata görə Robert Koçaryan ailəsinin varidatının dəyəri 4 milyard dollardan artıqdır.

Ermənistanın indiki hakimiyyəti iqtisadiyyatın bu sektorlarına nəzarət edir:

Gömrük rüsumlarının yığımı
Neft məhsulları, benzin və dizel yanacağının ixracı
Metal və metal qırıntıları ixracı
Qızıl ixracı və onun realizasiyası
Aviadaşımalar və aviakompaniyalar
İdxal sferası (35-45 faizə qədər)

Bunu da qeyd etmək vacibdir ki, Ermənistan və Dağlıq Qarabağ ərazisindən bir sıra narkotrafik trafiklər keçir ki, onlar da Gürcüstandan dəmiryolu vasitəsilə Ukraünya ordan da Ruiyanın Novorossiysk və Anapadan avropaya çıxır.

Bu fonda əsas hissəsi Rusiya və Avropaya düşən qızıl məmulatları və qiymətli daşların qaçaqmalçılğı, xüsusilə də cilalanmamış brilyant kontrabandası o qədər də çox görünmür.

Birbaşa və dolayı faktlar Ermənistanın təxminən 150 vətəndaşı sadiq döyüşçülərin nəzarəti altında Afrikanın Namibiya və Nigeriya kimi ölkələrinin qızıl mədənlərində ölkə rəhbərliyinə məxsus offşor şirkətlərdə növbəli şəkildə çalışır. Cilalanmış qiymətli daşlar qaçaqmalçılıq yolu ilə, Suriya, Kipr, Bolqarıstan marşrutlarından istiafdə edilərək emal və cilalnmaq məqsədilə Ermənistan ərazisinə düşür.

Ermənistanın eks-prezidenti Robert Koçaryan və onun ailəsinə məxsus olan obyektlərin konkret siyahısı ilə tanış olun:

Artsaxbank
MAP -50 faiz
Armeksimbank-həmsahib
Yunibank-həmsahib
ABB bank-həmsahib
Renko-Kosntrakşn-sahib
Zəngəzur miss-molibden kombinatı 90 faiz ona məxsusdur
Ardşininvestbank-0 faizdən yuxarı
Konvers-bank-50 faizə qədər
Kompleks-Kaputan-Sevan-100 faiz
Nairi tibb mərkəzi 50 faiz
Emperio Armani , Stefano Riççi və sair…
BiŞin tikinti şirkəti 100 faiz
Dauntaun Erevan tikinti şirkəti oğlu Sedrak Koçaryana məxsusdur
N-2 telekompaniyası 50 faiz
SAS mağazalar şəbəkəsi-50 faiz
Star mağazalar şəbəkəsi 30 faiz oğlu sedraka məxsusdur
Noy-Konyak-arat-çaxır kombinatı50 faizi
Zvartnos aeroportu- 50 faiz 30 illik icarə
Armpoçta- 50 faiz oğlu sedraka məxsusdur
Mobil telefonların idxalının 80 faizi
Moskvada iri ticarət kompleksi- həmsahib
Toyota kompaniyaının Ermənistanldaku ınümayəndəliyi
Bütün bunlardan başqa Koçaryan Rusiya AFL-nın Dirpektorlar Şurasının üzvü kimi burda da xeyli aktivə malikdir.

İndi sadalayacaqlarım isə prezident Sarqsyana məxsusdur. Dövlət başçısı bu var-dövlətin bir qisminə hələ müdafiə naziri olarkən sahib olub, Prezident olandan sonra isə daha da dövlətlənib,

Fləş kompaniyasının həmsahibi
Ən böyük yanacaqdoldurma məntəqələri şəbəkəsi
Dağlıq Qarabağda 3 şərab zavodu
Ararat bankı
Ararat restoranlar şəbəkəsi-30 yaxınt restoran
Apmavia aviakampaniyası
MİKA kompaniyasının həmsahibi kimi aktivlərə malikdir. Yanacaq, benzin, aviakoerosin inhisarçısı, dizelyanacağı, 40-50 milyon dollar qiymətləndirilən Mika futbol klubu, MİKA -sement, MİKA-XAOS inşaat kompaniyası İrəıvanda beş elit ev

Moskvada mehmanxana-restoran kompleksi

Londonda xüsusi malikanə

VTB bank-Ermənistan 300 min dollara alıb, 28 milyon dollara satıb
Cazve Kafelər şəbəkəsi

Sarqsyan hələ müdafiə naziri postunda çalışarkən atıcı silahların alınmasında vasitəçi olub. Bolqarıstanda fərdi istehsalçılardan silah alaraq onu 3-cü ölkələrə satıb.

Ermənistan prezidentinin kürəkəni Minasyan “ArmenAkob” və “Ay” Tv telekompaniyalarının sahibidir.

Miabanutyun klubunun rəhbərinin gəldiyi yekun qənatə görə ölkədə formalaşlan kriminal -güc konstrukisyası dövlət və hakimiyyət funksiyalarını tam vəz edib. Hökumət, Mərkəzi Bank, bütün icra və qanunverici hakimiyyət bu kriminal-güc kosntsruksiyasına sadəcə olaraq bir əlavədir. Bu qeyri formal, mahiyyət etibarilə kriminal siyasi büronun əsas üzvləri şübhəli və kriminal keçmişə malik şəxslərdir. İndiki şəraitdə ölkədə öz qanun və qaydaları olan iki parlel dünya var. Biri sadə insanlara, digəri isə yuxarılara-qeyri qanuni yolla ifrat varlanaraq monstra çevrilmiş yuxarılara. Belə olanda təbii ki, büdcə də bir yox, iki olur. Rəsmi və kölgə büdcəsi. Kölgə büdcəsi rəsmini azı 3-4 dəfə üstələyir. Nüfuzlu klub belə qənaətdədəir və hesab edir ki, dəhşətli korrupsyia ilə real mübarizə üçün bir neçə sadə addım atmaq lazım idi. Məsələn, rəsmi monitorinq tətbiq etmək, məmurlar və onlarıın ailələrinin vəzifəyə təyin olunanadək və onların bundan sonrakı müəyyən dövrl üçün olan xərclərini izləmək olardı. İldə iki dəfə onların vəziyyətlərini, əldə etdikləri daşınan və daşınmaz əmlakları, onların bank hesabların yoxlamaq olardı. Sadə vətəndaşlara izah etmək çox çətindir ki, niyə yüksək vəzifəli dövlət məmurlarının (xarici kazinolarda əylənmələrinin, beşulduzlu mehmanxanalarda qalmalarının) xərcləri onların maaşını 100 bəzən isə hətta min dəfələrlə üstələyir. Klub bura hələ heç onların daşınmaz əmlaklıarı və superbahalı avtomobillərini aid etmir. Və bütün bunlar sadə erməni ailəsinin orta gəlirinin 3-də ikisinin kommunal xərclərə sərf olunduğu bir vaxtda baş verir. Bununla bir yerdə elə həmin o məmurların vergiləri artırmaq üçün bəhanə axtarmaq cəhdləri dəhşətli mənzərə yaradır və orta və kiçik sahibkarlığa ölümcül zərbə vurur. Sahibkarların etiraz və şikayətləri isə hökumətin demoqoqik yazışmaları ilə yekunlaşır.

Bir sözlə Ermənistan hakimiyyətinin xalqdan fantastik sürət və fantastik məsafəyədək uzaqlaşması xalqı iqtidardan çoxdan ayırıb və indi onların yaxınlaşması demək olar ki, mümkün deyil…

Qalır bu ayrılmanı rəsmiləşdirmək….


DOSTLARINLA PAYLAŞ:

oyunlar