Ermənistan borc girdabında
23 İyul 2012 Bazar Ertəsi 09:43
Bədnam qonşularımızın xarici borcu 4 milyard dollara yaxınlaşır.
Cari ilin birinci yarısında Ermənistan beynəlxalq maliyyə qurumlarından və ayrı-ayrı dövlətlərdən 231,4 milyon ABŞ dolları həcmində borc alıb. Ermənistan KİV-nin verdiyi məlumatda deyilir ki, bununla da Ermənistanın xarici borcunun həcmi 3 milyard 700 milyon ABŞ dollarına çatıb .

“News.am” saytı yazır ki, bu borcun nəinki yarısını, heç dörddə bir hissəsini belə qaytarmaq üçün Ermənistanın iqtisadi potensialı yoxdur. Hakimiyyətdə olan prezidentlər ölkənin iqtisadi vəziyyətini yaxşılaşdırmaq əvəzinə xarici dövlətlərdən ağır şərtlərlə külli miqdarda kreditlər götürərək öz siyasi ambisiyalarına sərf ediblər.

Dövlət büdcəsi isə oliqarx nazirlər tərəfindən dağıdılır. Şübhəsiz ki, Prezident Serj Sarkisyanın bundan xəbəri vardır. Lakin büdcədən oğurlanan pulların böyük hissəsi ona çatdığı üçün heç bir tədbir görmür.


DOSTLARINLA PAYLAŞ:

oyunlar