Ermənistan bazarları “od tutub” yanır
01 Oktyabr 2011 Şənbə 21:17
Bu ölkədə yenidən ərzaq məhsullarının bahalaşması müşahidə edilir.
Ermənistanda qiymətlər yenidən bahalaşır. ANS PRESS-in “Armeniya Today” saytına istinadən verdiyi məlumata görə, bu ölkədə sentyabr ayında ötən ilin eyni dövrü ilə müqayisədə qiymətlər ümumlikdə 6.2 faiz bahalaşıb.

Ermənistan milli statistika xidmətinin aşıqlamalarına görə, ötən ay ərzaq məhsullarının qiymətləri 2010-cu ilin eyni dövrü ilə müqayisədə 10.3 faiz artıb. Bu müddət ərzində ancaq şəkər tozunun qiyməti 46.4 faiz bahalaşıb.

Məlumata görə, təkcə tərəvəzin, xüsusilə də kartofun qiymətində ötən ilin analoji dövrü ilə müqayisədə 8.6 faiz ucuzlaşma qeydə alınıb. Ötən ay ölkədə yumurtanın qiyməti də xeyli bahalaşıb. Təkcə 2010-cu ilin sentyabr ayı ilə müqayisədə bu məhsulun dəyəri 39.9 faiz artıb. Süd məhsulların qiyməti isə 22.7 faiz bahalaşıb.

Ət məhsullarına gəldikdə isə ötən ilin sentyabr ayı ilə müqayisədə ötən ay 14 faiz bahalaşma qeydə alınıb. Meyvələrin qiyməti isə 2.4 faiz artıb. ANSPRESS


DOSTLARINLA PAYLAŞ:

oyunlar