Ermənistan baş prokurorunun müavini döyülüb
19 May 2009 Çərşənbə Axşamı 15:30
Buna səbəb, Ruben Ovsepyanın “Çiçəklənən Ermənistan” partiyasının qərargahına getmək arzusu olub

Ermənistan Respublika Partiyası ilə “Çiçəklənən Ermənistan” partiyası arasında növbəti dəfə qarşıdurma yaranıb. “Armtoday” saytının məlumatına görə, Ermənistan baş prokuroru Aqvan Ovsepyanın qardaşı - Açapnyak icmasının prefekti Ruben Ovsepyan Ermənistan Respublika Partiyasının qərargahına gəlib. Daha sonra isə yaxınlıqda yerləşən “Çiçəklənən Ermənistan” partiyasının qərargahına getmək qərarına gəlib.
Ovsepyanı qərargaha buraxılmayıb və bu səbəbdən dava düşüb. Nəticədə Ovsepyana bir neçə zərbə dəyib. Respublikaçılar öz prefektlərini çox ciddi xəsarət almamış hadisə yerindən çıxara biliblər.
Qeyd edək ki, bu iki partiya Ermənistan hakimiyyət koalisiyasının bir hissəsidir. İki partiya arasında İrəvan merinə seçkiqabağı kampaniya zamanı münasibətlər korlanıb. /ANS PRESS/



DOSTLARINLA PAYLAŞ:

oyunlar