Ermənistan Ankaraya "ağıl" verməyə çalışır
17 Yanvar 2011 Bazar Ertəsi 20:30
Serj Sarkisyan: "Avropa Birliyinə daxil olmaq üçün Türkiyə keçmişi ilə barışmalıdır".
Cənubi Kiprdə səfərdə olan Ermənistan prezidenti oradan Türkiyəyə mesaj ünvanlayıb. Türkiyənin Avropa Birliyinə qəbuluna münasibət bildirən Ermənistanın dövlət başçısı deyib ki, Türkiyə keçmişi ilə barışmadan və qonşuları ilə konstruktiv əlaqələr yaratmadan quruma üzv ola bilməz. Kipr məsələsinə gəlincə isə Sarkisyan qeyd edib ki, yunan Kiprinin mövqeyini dəstəkləyir.

Qeyd edək ki, Sarkisyanın səfərinin məqsədi iki ölkə arasında ticarət və iqtisadi əlaqələri genişləndirməkdir.

Axşam yeməyindən sonra Sarkisyanın Yunanıstana yola düşəcəyi gözlənilir. ANSPRESS




DOSTLARINLA PAYLAŞ:

oyunlar