Ermənistan idmançıları cari ilin sentyabr ayında Koreyada keçiriləcək kamandan ox atma üzrə Dünya çempionatına yollana bilməyəcək. Çünki hökumətin onları yarışa göndərmək üçün pulu yoxdur. ANS PRESS-in “ArmSport.am”a istinadən verdiyi xəbərə görə, bu barədə Ermənistanın kamandan ox atma üzrə yığmasının baş məşqçisi Boris Vasilyan bildirib. Onun sözlərinə görə, beynəlxalq maliyyə böhranı səbəbindən erməni idmançıları bu il beynəlxalq yarışlarda təmsil olunmayacaq.
Qeyd edək ki, ilin əvvəlindən dövlət büdcəsindən idmanın bu növünə təqribən 27 min dollar ayrılmışdı. Lakin sonradan maliyyələşmə təqribən 5 min dollaradək azaldılıb.
Xatırladaq ki, Ermənistan idmançıları bir neçə gün əvvəl Şanxayda start götürən Dünya Kubokuna də yollana bilməyib./ANS PRESS/