Ermənilərin türmədəki kef məclisinin cəzası ağır oldu
06 Dekabr 2009 Bazar 02:30
“Nubaraşen” cəzaçəkmə müəssisəsinin beş əməkdaşı cəzalandırılıb, türmə rəisi isə istefa verib.
Ermənistandakı “Nubaraşen” cəzaçəkmə müəssisəsində çəkilmiş qalmaqallı foto ilə bağlı araşdırmalar başa çatıb. Müəssisənin hadisədə günahı olan beş yüksək rütbəli əməkdaşı cəzalandırılıb. “Nubaraşen”in rəisi isə istefa verib.
Ermənistan Ədliyyə Nazirliyinin məlumatına görə, cəzaçəkmə müəssisələrində rəisin və məhkumun razılığı ilə müsahibə götürülə, foto və video çəkilişləri aparıla bilər. Mətbuatda yayılmış fotoya gəldikdə isə, bu zaman məhkumların ziyarəti və nizam-intizam qaydalarını müəyyənləşdirən daxili nizamnamə pozulub.
Xatırladaq ki, Ermənistanın Ədliyyə Nazirliyi bir neçə ömürlük məhkum və “Azatamtutyun” (“Azad fikirlilik”) qəzetinin baş redaktoru Artyom Xaçatryanın KİV-də dərc edilmiş fotoları ilə bağlı araşdırmaya başlamışdı. Foto noyabrın 26-da “Aykakan camanak” (“Erməni vaxtı”) qəzetinin birinci səhifəsində dərc edilib. Ömürlük azadlıqdan məhrumetmə cəzası almış şəxslərin kamerasında çəkilmiş fotoda jurnalist məhkumlarla birlikdə oturub. Məhkumlar arasında 27 oktyabr 1999-cu ildə Ermənistan parlamentində ali hakimiyyət nümayəndələrinin də öldüyü terror aktında təqsirli bilinmiş Derenik Becanyan və Edik Qriqoryan da var . ANSPRESS
DOSTLARINLA PAYLAŞ: