Ermənilərin Torontoda antitürk aksiyası rüsvayçılıqla başa çatıb (VİDEO)
15 İyun 2011 Çərşənbə 14:59
Onlar “möhtəşəm” mitinqi nəzərdə tutulan vaxta 40 dəqiqə qalmış rüsvayçı şəkildə tərk ediblər.
Rusiyanın ermənipərəst KİV-lərində bir qədər təmtəraqla xəbər verildiyi kimi, Kanadanın Erməni Gənclər Federasiyası iyunun 10-dan 13-dək Türkiyənin Torontodakı konsulluğunun binası qarşısında 72 saatlıq aclıq aksiyası keçirməyə hazırlaşırdı. “Aclıq elan edən” gənclərin əsas tələbi ondan ibarət idi ki, 1915-ci ildə müharibə dövrünün şəraiti ilə əlaqədar qiyamçı erməni əhalinin Türkiyə tərəfindən köçürülməsi “ermənilərin soyqırımı” kimi tanınsın və “bu ölkədə insan hüquqlarının pozulması” pislənilsin (guya həmin cavanların vətəninda bu məsələ barədə “hər şey qaydasındadır”). Aksiya iştirakçıları ilk üç gün ərzində özlərinin "müsibətləri" barədə yoldan keçənlərlə bölüşməyi, dördüncü gün isə yenə orada – Türkiyənin Torontodakı konsulluğunun qarşısında böyük mitinq keçirməyi planlaşdırırdılar.

Lakin aksiyanın elə ilk günündə (erməni KİV-ləri yəqin ki, bu barədə məlumat verməyə cəsarət etməyiblər) sayı o qədər də çox olmayan ermənilərin lap yaxınlığında onlardan sayca çox olan türkiyəli və azərbaycanlı sakinlər cavab nümayişi keçirməyə başlayıb, yoldan keçənlərə 1915-ci il hadisələri və Türkiyənin şərq əyalətlərinin erməni əhalisinin satqınlığı, daşnakların silahlı dəstələrinin törətdiyi vəhşiliklər, Ermənistanın Azərbaycana qarşı təcavüzü, Xocalı, Qaradağlı, Bağanis-Ayrım və Quqarkda azərbaycanlılara qarşı soyqırımı, ermənilərin tarixən yaxın vaxtlarda Qafqazda məskunlaşması, Ermənistanda dövlət səviyyəsində yalan və saxtakarlıqlar haqqında həqiqəti açıqlayan lifletlər, çap materialları və kompakt disklər paylayaraq ermənilərin bütün səylərini cəsarətlə neytrallaşdırıblar.

Türklərin və azərbaycanlıların dörd gün davam edən cavab aksiyası Toronto sakinlərinin diqqətini daha çox cəlb edib və hadisələrin bu cür gedişindən, türk və Azərbaycan diasporlarının nokautverici zərbəsindən tamamilə özlərini itirmiş ermənilərin miskin toplantısı ilə müqayisədə qat-qat artıq maarifləndirici rezonansa səbəb olub. Cavab nümayişçiləri əyinlərinə Ermənistanı ifşa edən mətnlər yazılmış maykalar geyinib, Türkiyə və Azərbaycan bayraqlarını qürurla dalğalandırıb, uca səslə vətənpərvərlik ruhunda mahnılar oxumuş, yoldan keçənlərlə cəsarətli söhbətlər etmiş, keçirdikləri aksiyanın mahiyyətini Toronto sakinlərinə və bu şəhərin qonaqlarına izah etmişlər.

Tədbirlərin son günü, iyunun 13-də ermənilərin “möhtəşəm” mitinqi saat 14:00-da başlamalı idi. Təqribən 150 nəfər bu tədbiri gözləyirdi. Lakin buraya toplaşan ermənilərin sayı bircə dəqiqə belə onların bilavasitə yaxınlığındakı türklərin və azərbaycanlıların sayının yarısından çox olmayıb. Mitinq başlayarkən orada ən çoxu 60 erməni vardı. Cavab nümayişi keçirən türklərin və azərbaycanlıların sayı isə təqribən 150 idi. Hər iki aksiya küçənin piyadalar üçün nəzərdə tutulan eyni hissəsində keçirilirdi və bu iki qrupu bir-birindən yalnız polislər ayırırdı. Ermənilər vəziyyətdən çıxmaq üçün təxribata əl atmaq istəyiblər, lakin sivil türklər və azərbaycanlılar özlərini “mədəni adamlar” kimi qələmə vermək istəyən, əslində uşaqların qatili olan hayların törəmələrinin bu cür ucuz hərəkətlərinə cavab verməməyi qərara alıb.

Saat 14:30-da cavab nümayişinin iştirakçılarının sayı ermənilərdən demək olar ki, üçqat çox, keyfiyyət üstünlüyü isə göz qabağında idi. Ermənilər özlərinin bu uğursuz aksiyasını işıqlandırmaq üçün oraya jurnalistləri çağırmışdılar. Onlar isə video və fotokameralarla erməniləri deyil, cavab nümayişçilərini çəkir, onlardan müsahibələr alırdılar.

Saat 15:20-də, yəni ermənilərin “möhtəşəm” mitinqinin başa çatması nəzərdə tutulan vaxta 40 dəqiqə qalmış onlar aksiya yerini rüsvayçı şəkildə tərk etmişlər.



DOSTLARINLA PAYLAŞ:

oyunlar