Ermənilərin Parisdə nakam “soyqırımı” eşqi
05 May 2011 Cümə Axşamı 00:26
Fransa Senatı “erməni soyqırımı” ilə bağlı məsələni gündəlikdən çıxardı
Fransa Senatı bir neçə saatlıq müzakirələrdən sonra qondarma “erməni soyqırımı”nı inkar etməyə görə cəza nəzərdə tutan qanun layihəsini nə qəbul, nə də rədd edib. ANS PRESS-in “Azatutyun” radiosuna istinadən verdiyi məlumata görə, Senatın Qanunvericilik komissiyası səsvermədən əvvəl qanun layihəsinə qarşı çıxıb və onun səsvermədən çıxarılmasını təklif edib. Bundan sonra müzakirələr başlayıb və məsələnin gündəlikdən çıxarılmasına 196, bunun əleyhinə 74 millət vəkili səs verib.
Xatırladaq ki, 12 oktyabr 2006-cı ildə Fransanın Milli Şurası qondarma “erməni soyqırımı” ilə bağlı qanun layihəsini qəbul edib. Qanuna görə, “soyqırımı”nı inkar edən şəxslər cinayət məsuliyyəti daşıyırlır. Sənəddə “soyqırımı”nı inkar edənlərin bir il müddətinə azadlıqdan məhrum edilməsi və 45 min avro məbləğində cərimə olunması nəzərdə tutulur. Bu qanun qüvvəyə minməsi üçün Senatdan keçməliydi.
Qeyd edək ki, İsveçrə, Argentina və Uruqvayda insanların ifadə azadlığını məhdudlaşdıran belə qanunlar mövcuddur.
DOSTLARINLA PAYLAŞ: