Ermənilərin kef məclisində qan töküldü
18 Mart 2014 Çərşənbə Axşamı 16:30
Kafelərin birində ermənilərdən ibarət 50 nəfərlik əyləncə gecəsində atışma olub.
Yekaterinburqda ermənilərin kef məclisində qan tökülüb. ANS PRESS-in “News.am” saytına istinadən verdiyi məlumata görə, kafelərin birində ermənilərdən ibarət 50 nəfərlik əyləncə gecəsində atışma olub.
Hadisə “Vani” kafesində ermənilərin 1 yaşlı uşağın ad gününü qeyd edərkən baş verib. Həmin kafenin qonşu otağında dincələn bir neçə gənclə ermənilər arasında mübahisə sonradan silahlı insidentlə bitib. Hadisə zamanı ermənilərin içərisində 15 uşaq olub. Lakin uşaqlar davada xəsarət almayıb.
Hadisəyə isə erməni uşaqlardan birinin həmin gənclərin kabinetinə girməsi səbəb olub. Gənclərdən biri uşağın əlindən tutub və onu valideynlərinin olduğu yerə aparıb. Yad adamın uşağına toxunmasından əsəbləşən erməni qadın həmin gənci söyməyə başlayıb. Gənc mübahisəni sakitliklə bitirmək istəsə də, erməni kişiləri məsələyə qarışıb və onu döyüblər. Həmin gəncin dostları köməyə gəlsə də, ermənilər çox olduqları üçün onlar tərəfindən döyülüb.
Bu zaman həmin gənclər dostlarını da çağırıb. Dava zamanı gənclərdən biri silah çıxarıb və atəş açıb. Nəticədə ermənilərdən bəziləri yaralanıb. Yekaterinburq daxili işlər nazirliyinin şəhər polis idarəsindən məsələnin araşdırıldığını bildiriblər. İdarənin rəisi Valeri Qorolex insidentə ermənilərin səbəb olduğunu bildirib.
“İnsidentlə bağlı 10 nəfər saxlanılıb. Onların izahatı alınıb və sərbəst buraxılıblar. Hazırda insidentin əsas səbəbləri araşdırılır”, - deyə Valeriy Qorolex bildirib.
Faktla bağlı araşdırma aparılır.
DOSTLARINLA PAYLAŞ: