Ermənilərin ərik xülyası puç çıxdı
17 Avqust 2013 Şənbə 19:59
Indi ərikdə ziyan etmiş erməni ixracatçılar gələn il bu məhsula yaxın durmayacaqlar.
Topdansatış qiymətinin yüksək olması erməni əriyinin Rusiyada satılmasına problem yaradır. ANS PRESS erməni mətbuatına istinadən bildirir ki, bu barədə Ermənistandan Rusiyaya meyvə-tərəvəz ixrac edən şirkətin idarə rəisi Karen Baqdasaryan bildirib.
Onun sözlərinə görə, hazırda erməni əriyi Rusiyada ən baha qiymətə təklif olunan analoji məhsuldur. Buna görə də alıcılar sadəcə ondan imtina ediblər. «Əgər daha ucuz türk və ya özbək əriyi varsa, bizimkini neynirlər?»,- deyə Baqdasaryan sual verib. Onun sözlərinə görə, indi ərikdə ziyan etmiş erməni ixracatçılar gələn il bu məhsula yaxın durmayacaqlar.
Qeyd edək ki, ermənilər son bir-iki ildə əriyin ixracatına böyük ümid edirdilər. Bu məqsədlə hətta ərik rəmzi altında şou-biznes festivalları keçirir, Rusiyanın tanınmış ulduzlarını dəvət edərək rus telekanallarında yayırdılar. Məqsəd alıcının beyninə erməni əriyinin daha dadlı olduğunu yeritmək idi. Amma göründüyü kimi məqsədlərinə çata bilmədilər.
DOSTLARINLA PAYLAŞ: