Ermənilərin borcu artır
01 Sentyabr 2013 Bazar 04:48
Ermənistanın dövlət borcu 4.3 milyard dollara çatıb.
Ermənistanın dövlət borcu avqustun 1-i 2013-cü ilə olan göstəriciyə görə, 4.3 milyard dollar təşkil edib. ANS PRESS-in Ermənistan Milli Statistika Xidmətinə istinadən verdiyi məlumata görə, bu göstərici son ayla müqayisədə 82,9 milyon dollar artıb.
Dövlət borcunun əsas hissəsi xarici borcun payına düşür-3,64 milyard dollar. Ermənistanın daxili borcu isə 654 milyon dollar təşkil edir. İyul ayından bu yana bu göstərici 14,7 milyon dollar artıb.
DOSTLARINLA PAYLAŞ: