Ermənilərdən ibarət quldur dəstəsi yaxalanıb
19 Fevral 2010 Cümə 20:25
Dəstənin əsas hədəfi mənzil və ticarət obyektləri olub
Rusiyanın Rostov vilayətində ermənilərdən ibarət cinayətkar dəstə yaxalanıb. Axtarış zamanı dəstə üzvlərinin hamısından narkotik vasitə və qrupun başçısından isə üstəlik odlu silah aşkar olunub.
Ermənistan vətəndaşlarından ibarət olan 3 nəfərlik qrupun əsas fəaliyyət dairəsinə mənzillərdən və ticarət obyektlərindən oğurluq daxil olub. Rostov polisinin yaydığı məlumata görə, bir sıra oğurluq faktlarında şübhəli bilinən bu şəxslər növbəti cinayətə hazırlıq zamanı saxlanılıblar. Onlar mənzillərə və ticarət obyektlərinə Onların hər birinin üzərindən tapılmış 70 qram həşiş yağı və dəstə başçısının gəzdirdiyi qanunsuz odlu silahla bağlı isə cinayət işi qaldırılıb. ANSPRESS
DOSTLARINLA PAYLAŞ: