Amerika Birləşmiş Ştatlarının Las-Veqas şəhərində ermənilərdən ibarət cinayətkar qrup ifşa edilib. Ermənistanın Armtoday.info saytının yaydığı məlumata görə, həbs edilənlər -38 yaşlı David Kuduqulyan, 29 yaşlı Arutyun Xudaqulyan və 22 yaşlı Qraç Arakelyandırlar. Onlar saxta bank kartları hazırlamaqda ittiham olunurlar. Fırıldaqçılar bu yolla 2 milyon dollardan çox pul mənimsəyiblər. Ermənilərin evlərində aparılan axtarış zamanı qızıl-zinət əşyaları, «Mercedes-Benz» və «Rolls-Royce» avtomobili, 100 min dollar nəğd pul və bahalı paltarlar aşkar edilib.
Hazıda qruplaşmanın fəaliyyəti ilə bağlı aparılan araşdırmalar davam edir. /ANS PRESS/