Ermənilər Yeni ili borc içində qarşılayır
17 Dekabr 2012 Bazar Ertəsi 16:41
Ermənistan vətəndaşları qızıllarını banklara girov qoyub bayram keçirir.
Ermənistanda son illər Yeni ili qeyd etmək üçün kredit götürmək ənənəsi yaranıb. ANS PRESS-in Ermənistan mətbuatına istinadən verdiyi məlumata görə, artıq dekabrın 10-dan bankların işi çoxalır, çünki kredit götürənlərin və pul köçürmələrinin sayı artır.

Ermənistan banklarından birinin əməkdaşı Nelli Badumyan bildirib ki, hazırda kəskin kredit artımı müşahidə olunur. Onun sözlərinə görə, vətəndaşlar Yeni il xərcləri üçün kredit götürürlər: “Odur ki, belə vətəndaşların sayı 30 faiz artıb. Ötən ilin təcrübəsi göstərir ki, bu statistika yanvarın əvvəlinə kimi qalacaq. İnsanlar əsasən 800 milyon dram borc götürürlər və bir qayda olaraq, girov kimi qızıl qoyurlar. Bankımızın ölkənin rayonlarındakı filialları daha çox kredit verir. Orada faizlər də bir az aşağıdır. Əgər İrəvanda 24 faizdirsə, rayonlarda bu rəqəm 22-dir".

Bank mütəxəssisi bildirib ki, bayramlarla əlaqədar, habelə dekabrın ikinci yarısında xaricdən pul köçürmələri də artır.


DOSTLARINLA PAYLAŞ:

oyunlar