Ermənilər vahiməyə düşüb
18 Mart 2011 Cümə 22:23
Ekspertlər İrəvana xəbərdarlıq edib
Ermənistan hökuməti Metsamor atom elektrik stansiyasında təhlükəsizliyin araşdırılması və ola biləcək təhlükənin qarşısını almaq üçün beynəlxalq mütəxəssisləri ölkəyə dəvət edib. Bu barədə ölkənin baş naziri Tiqran Sarikisyan açıqlama verib.
O deyib ki, Yaponiyadakı zəlzələdən və onun ardınca yaşanan atom təhlükəsindən sonra rəsmi İrəvan da bu qənaətə gəlib ki, ölkənin nüvə obyekti beynəlxalq mütəxəssislərin üzünə açılmalıdır.

Xatırladaq ki, Metsamor atom etektrik stansiyası Türkiyə sərhəddində 16 km aralıda yerləşir.

Yeri gəlmişkən, bu günlərdə ekspertlər də Metsamorda vəziyyətin ürəkaçan olmadığını və hətta orada hər hansı qəzanın baş verməsinin region üçün növbəti Çernobıl olacağı ilə bağlı xəbərdarlıq edib.


DOSTLARINLA PAYLAŞ:

oyunlar