Ermənilər üçün dəli olmaq daha sərfəlidir
24 May 2011 Çərşənbə Axşamı 03:16
Ermənistan hökuməti ruhi xəstələrə ayrılan yemək xərclərini iki dəfə artırır
Ermənistan hökuməti psixiatriya dispanserlərinə ayrılan ərzaq və geyim həcmini artırmaq barədə qərar qəbul edib. Yerli KİV-in məlumatına görə, ötən gün hökumətin iclası keçirilib.

Rəsmi statistikaya görə, Ermənistanda müxtəlif psixiatrik problemlərdən əziyyət çəkən 45 min xəstə var. Ruhi xəstələrə fəaliyyətdə olan 8 dispanser xidmət edir. Lakin ictimaiyyət arasında bu xəstəxanaların reytinqi çox aşağıdır və yalnız müstəsna hallarda xəstələr psixiatriya dispanserlərinə yerləşdirilir.

Ermənistanın 2011-ci ilin dövlət büdcəsində xəstələrin bir günlük qidalanmasına 2,3 dollar, geyim, yataq və sanitar-gigiyena ləvazimatlarına isə 0,94 dollar xərclənir. Səhiyyə Nazirliyi isə günləlik qida normasının iki dəfə artırılmasını və 4,6 dollara çatdırılmasını təklif edir. Bunun üçün hökumət əlavə 900 min dollar ayırmalıdır.


DOSTLARINLA PAYLAŞ:

oyunlar