Ermənilər türk çobanı güllələdilər
01 Avqust 2013 Cümə Axşamı 10:48
Qars Ermənistan sərhəddindəki yaylaqda heyvan otardan çoban erməni tərəfindədir.
Ermənilər sərhəddi keçən türk çobanı güllələyib. ANS PRESS-in "Anadolu" agentliyinə istinadla verdiyi məlumata görə, Karsın Arpaçay rayonunda yaşayan 35 yaşlı Mustafa Ülker Arpaçay ilə Ermənistan sərhəddinfə olan Akyaka yaylasında heyvanlarını otarıb. Çoban Ermənistan ərazisinə keçən heyvanın arxasınca sərhədi keçib. Bu zaman isə xəbərdarlıqsız erməni tərəfinin açdığı atəşlə yaralanıb.

Akyaka bələdiyyə nümayəndəsi Osman Uğurlu agentliyə hadisənin çoban axşam saatlarında otlaqdan qayıdan zaman baş verdiyini deyib. "Ülkər heyvanları qaytaranda birinin əksik olduğunu görüb. Geriyə qayıdıb baxanda heyvanın balaladığını görür. Onu götürməyə gedəndə bu hadisə baş verib".

Hadisədən sonra ermənilər yaralı türkü girov götürüblər. "Hazırda bizim tabok komandanımız lazımi danışıqları aparırı. Vətəndaşımızı geri qaytaracağıq".

Yaralı çobanın vəziyyəti ilə bağlı hər hansı məlumat verilməyib.


DOSTLARINLA PAYLAŞ:

oyunlar