Ermənilər seçkidə Rəcəb Tayyib Ərdoğana səs verəcək
26 İyul 2014 Şənbə 10:45
Türkiyədəki ermənilər seçkidə baş nazir Rəcəb Tayyib Ərdoğana səs verəcək.
Türkiyədə yaşayan ermənilər ölkədə avqustun 10-da keçiriləcək prezident seçkilərində baş nazir Rəcəb Tayyib Ərdoğanı dəstəkləyəcək. Bunu İstanbulda nəşr olunan "Jamanak" qəzetinin redaktoru Ara Qoçunyan araşdırmalarının nəticəsi olaraq bildirib.

"Türkiyədə 50-60 min erməni yaşayır. Təbii ki, onların hamısı birmənalı olaraq Ərdoğanı dəstəkləmir. Lakin böyük əksəriyyət baş naziri dəstəkləyir".

Qeyd edək ki, gələn ay Türkiyədə prezident seçkiləri keçiriləcək və xalq ilk dəfə öz dövlət başçısını seçəcək.


DOSTLARINLA PAYLAŞ:

oyunlar