Ermənilər Sarkozini suçladı
02 Mart 2012 Cümə 18:00
Erməni Milli Konqresinin lideri Fransa prezidentini siyasi alverdə ittiham edib.
“Erməni soyqırımı”nı inkar edənlərin cinayət məsuliyyətini nəzərdə tutan qanunun Fransa Konstitusiya Şurası tərəfindən ləğv edilməsi Ermənistanda narazılıq yaradıb. ANS PRESS-in CNN Türk-ə istinadən verdiyi məlumata görə, ermənilər bu məsələni “Sarkozinin oyunu”olaraq dəyərləndirib. Erməni Milli Konqresinin lideri Levon Ter-Petrosyan bildirib ki, Nikolya Sarkozi qanun layihəsini qəbul eməklə, siyasi manevr edib və bununla da prezident seçkiləri ərəfəsində Fransa ermənilərinin rəğbətini qazanmaq istəyib.

“Erməni soyqırımı” məsələsi bir daha siyasi mənfəət üçün istifadə edildi. Fransa Senatı qanun layihəsini qəbul etməzdən bunun beynəlxalq təhlükəsizlik baxımından Türkiyə-Ermənistan münasibətlərinə necə təsir göstərəcəyini düşünməli idi”, - deyə Levon Ter Petrosyan vurğulayıb.



DOSTLARINLA PAYLAŞ:

oyunlar