Ermənilər Rusiyadan kömək istədi
04 Avqust 2014 Bazar Ertəsi 13:54
Ermənistan tərəfi Rusiyanın son vaxtlar cəbhədə gedən döyüşlərə görə tutduğu mövqeyindən narahat olmağa başlayıb.
ANS PRESS-in məlumatına görə, Rusiyanın Ermənistandakı səfiri İvan Volınkin cəbhədəki hadisələrə münasibət bildirərkən deyib ki, Dağlıq Qarabağ münaqişəsi sülh yolu ilə həll olunmalıdır. Səfir bildirib ki, bölgədə gərginlik təcili azaldılmalıdır.
Jurnalistlər isə səfirə belə sual verib. Azərbaycan-Ermənistan sərhədində gərginlik artsa da Rusiya və Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı Ermənistanın təhlükəsizliyi üçün niyə hərəkətə keçmir?
Səfirin cavabı isə konkret olub: “Ermənistan bunun üçün KTMT-yə rəsmi müraciət etməlidir”.
Qeyd edək ki, Ermənistan 1992-ci ildə yaradılan Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının üzvüdür.
DOSTLARINLA PAYLAŞ: