Ermənilər rus buğdasına əvəz tapdı
20 Avqust 2010 Cümə 12:00
İndi onlar taxılı qonşu İrandan əldə edəcəklər.
Ermənistan Rusiyanın taxıl idxalına alternativ tapıb. İndi ermənilər taxılı qonşu İrandan alacaqlar. İranın yerli informasiya vasitələrinin verdiyi məlumata görə, Moskvanın quraqlıq nəticəsində itgilər üzündən bu məhsula tətbiq etdiyi qadağadan sonra, Ermənistan İrandan taxıl idxalına xüsusi əhəmiyyət verməyə başlayıb.
Qeyd edək ki, İslam Respublikasında taxıl istehsalının həcmi cari ildə 2,5 milyon ton artıb.
Xatırladaq ki, Rusiya hökuməti avqustun 15-dən etibarən taxıl idxalına qadağa qoydu və bu qadağanın bu ilin dekabrın 31-ə qədər davam edəcəyini deyib. ANSPRESS
DOSTLARINLA PAYLAŞ: