Ermənilər qondarma soyqırıma görə türklərdən 15 mlrd. dollar tələb edirlər
19 Aprel 2012 Cümə Axşamı 11:21
Erməni diasporu təzminat tələbini açıq şəkildə bəyan etməyə başlayıb.
Erməni diasporu qondarma erməni soyqırımı ilə bağlı təzminat tələbini artıq açıq şəkildə bəyan etməyə başlayıb. ANS PRESS-in Türkiyə mətbuatına istinadən verdiyi məlumata görə, BMT-də qondarma soyqırımı ilə bağlı keçirilən simpoziumda çıxış edən erməni rejissor Karla Karapedyan 1915-ci il hadisələri ilə bağlı Türkiyənin 15 milyard dollar təzminat ödəməsi gərəkdiyini söyləyib.

Karla Karapedyan 1915-ci ildə Türkiyədə 1,5 milyon erməninin öldürüldüyünü iddia edib. O, bu rəqəmi Almaniyanın 1950-ci ildən bəri 6 milyon yəhudinin soyqırımına məruz qalması ilə bağlı 60 milyard dollar təzminat ödəməsinə əsaslanaraq söylədiyini bildirib.

Erməni əsilli yazar Harut Sassouniyan isə BMT-də tədbir keçirdikləri zaman iki türk diplomat tərəfindən tədbirin keçirilməsinə maneçilik törədilməsinə cəhd göstərildiyini və bununla bağlı BMT baş katibi Pan Gi Muna şikayət məktubu göndərdiklərini söyləyib.


DOSTLARINLA PAYLAŞ:

oyunlar