Ermənilər Qafqazın "ən xoşbəxt" əhalisidir
18 İyun 2012 Bazar Ertəsi 10:54
İngiltərəli ekspertlər bu cür qiymətləndirmə aparıblar.
Avstraliyalı alimlər Ermənistanı Qafqazın ən sülhsevər ölkəsi elan etdikdən sonra onların ingiltərəli həmkarları isə erməniləri Ön Qafqazda ən xoşbəxt ölkələr sırasında birinci yerə qaldırıblar. Dünya xoşbəxtlik indeksinin tərtibatı üzrə işlərin gedişində ekspertlər hər bir dövləti 3 parametrə görə qiymətləndiriblər: vətəndaşların həyat səviyyələrindən məmnunluğu, uzunömürlülük və ekoloji rifah.
Görünür, Ermənistan əhalisinin heç özlərinin də xəbəri yoxdur ki, onlar nəinki ən sülhsevər ölkədə, hətta Qafqazın ən xoşbəxt ölkəsində yaşayırlar. Əks halda onlar Ermənistanı belə təcili tərk etməzdilər. Ermənistanın “Aykak jamanak” qəzetinin verdiyi məlumata görə, təkcə bu ilin əvvəlindən ölkəni 69000 nəfər tərk edib. Bu məlumat Ermənistanın Baş Mülki Aviasiya İdarəsinin materiallarına əsasən verilib.
Qəzet yazır ki, hələlik ölkəni digər nəqliyyat vasitələri ilə tərk edənlər haqda statistika açıqlanmayıb, lakin ehtimallara görə, bu rəqəm 100 000 nəfəri keçə bilər. Bundan başqa, daha nüfuzlu bir idarə-Dünya Bankının məlumatını təqdim edirik. Dünya Bankı yenidən Ermənistanın iqtisadi inkişaf artımlarına dair proqnozlarını aşağı salıb.
Xatırladaq ki, ancaq Ermənistan, ən sülhsevər və xoşbəxt ölkə öz parlamentini atəşə tutur. Elə ekologiya da öz yerində deyil. Erməni KİV-nin verdikləri xəbərlərə görə, Göyçə gölü əsl fəlakətin bir addımlığındadır. Britaniya və Avstraliya alimlərinin lap barmaqdan sovurduqları məlumatlara görə Ermənistan bu cür sülhsevər və xoşbəxt ölkədir.
Maraqlıdır ki, xoşbəxt ermənilərin iş və pul üçün qaçdıqları Rusiya ən xoşbəxt ölkələr siyahısında 122, Ermənistan isə 53-cü yerdə göstərilib.
DOSTLARINLA PAYLAŞ: