Ermənilər növbədənkənar prezident seçkilərini istəyir
31 May 2011 Çərşənbə Axşamı 21:29
Ermənistan müxalifəti İrəvanın mərkəzi meydanında kütləvi etiraz aksiyası keçirib
Bu gün İrəvanda Ermənistanın sabiq prezidenti Levon Ter-Petrosyanın rəhbərlik etdiyi müxalif Erməni Milli Konqresi növbəti mitinqini keçirib. Mərkəzi Azadlıq meydanına 10 minlərlə insan toplaşıb.
Aksiyaya Ermənistanın sabiq prezidenti Levon Ter-Petrosyan amnistiya ilə azad edilmiş “Haykakan Jamanak” qəzetinin baş redaktoru Nikol Paşinyan və sabiq deputat Sasun Mikaelyan da qatılıb. Aksiya iştirakçıları növbədənkənar prezident və parlament seçkilərinin keçirilməsini tələb edib.
Aksiya iştirakçıları bildiriblər ki, ölkədə çox konkret bir vəziyyət yaranıb ki, hakimiyyət ümumxalq hərəkatını boğa bilməyəcək.
DOSTLARINLA PAYLAŞ: