Ermənilər məyus oldu
22 Dekabr 2010 Çərşənbə 23:25
"Erməni soyqırımı" qətnamə layihəsi ABŞ Konqresinin Nümayəndələr Palatasının plenar iclasının gündəliyinə salınmayıb
"Erməni soyqırımı" ilə bağlı qətnamə layihəsi ABŞ Konqresinin Nümayəndələr Palatasının plenar iclasının gündəliyinə salınmayıb. Bu barədə Nümayəndələr Palatasında demokratların nümayəndəsi Sten Hoyerin yaydığı məlumatda bildirilir.
Erməni kütləvi informasiya vasitələri diplomatik mənbələrə istinadən yazıb ki, bütün bunlara baxmayaraq qanun layihəsinin müxtəlif üsullarla plenar iclasın müzakirəsinə çıxarılması üçün imkanlar mövcuddur.
Qeyd edək ki, ABŞ Konqresinin Nümayəndələr Palatasında ermənilərin iddia etdiyi "soyqırım"la bağlı qətnamə layihəsinin bu gün müzakirəyə çıxarılması gözlənilirdi. Layihənin yenidən gündəmə gəlməsinə səbəb Nensi Pelosinin 2011-ci ilin yanvarında yerini respublikaçı Con Beynerə verənə qədər sənədin palatada müzakirəyə çıxarılmasını istəməsidir.
DOSTLARINLA PAYLAŞ: