Ermənilər köçür: yumurtalar azalır
13 Dekabr 2012 Cümə Axşamı 11:14
Bu ölkənin quşçuluq fabrikləri alıcıların ildən ilə azalmasından gileylidir.
Ermənistan hakimiyyəti bu ölkədən əhalinin kütləvi köç etməsi faktını gizlətməyə çalışır. Amma ANS PRESS “News.am” portalına istinadən bildirir ki, ölkədə istehlak səviyyəsinin aşağı düşməsi hakimiyyətin bu ört-basdır siyasətini puç edir.
Portalın yazdığına görə, son iki Ermənistanda yeyilən yumurtaların sayı azalıb. Belə ki, 2010-cu ildə Ermənistanın quşçuluq fabrikləri bazara orta hesabla ayda 75-77 milyon yumurta çıxarıblar. 2011-ci ildə isə bu rəqəm 50 milyon ədədi keçməyib. “News.am” bildirir ki, orta illik göstərici hələ tam bəlli olmasa da, ilkin göstəricilər quşçuluq fabrikləri üçün xoşagəlməzdir: il üzrə orta hesabla ayda 40-50 milyon ədəd yumurta istehsal edilib, amma həmin məhsul satılmayıb, fabriklərin anbarları qalıq məhsulla doludur və iş adamları yığılan yumurtaları kimə satacaqlarını bilmirlər.
Portalın yazdığına görə, onlar yumurtanı maya dəyərindən 25% faiz ucuz təklif etsələr də alan yoxdur. Portal bununla bağlı yazır: “Ermənistanda əvvəl olduğu qədər yumurta yemirlər. Amma sirr deyil ki, yumurta ucuz kalori deməkdir: yumurtanın kaloriliyi ətdəki kimidir, amma kiloqram hesabı apardıqda ətdən 2-2,5 dəfə ucuzdur. Amma ölkədə əhali azalıbsa, bu cür hesablamanın heç bir xeyri yoxdur”.
Düz sözə nə deyəsən, erməniləri artıq heç kim öz bataqlıqlarında öz yumurtalarını yeməyə məcbur edə bilməz. Onlar artıq köçə qərar veriblər, yumurtaları xilas etmək xatirinə.
DOSTLARINLA PAYLAŞ: