Ermənilər “Eurovision”dakı uğursuzluğa bəhanə tapdılar
12 May 2011 Cümə Axşamı 02:46
“Eurovision-Ermənistan”: “Səs verən ölkələrdə az erməni yaşayır”
“Ermənistanın təmsilçisi Emminin “Eurovision-2011” mahnı müsabiqəsindəki uğursuzluğunun mahnının tamaşaçıların xoşuna gəlməməsi deyil”. Bunu “Eurovision-Ermənistan”ın mətbuat katibi Tiqran Danielyan deyib. Onun sözlərinə görə, promoturlar zamanı avropalılar “Boom-Boom” mahınsını bəyəniblər.

“Baş verənlər təəssüf doğurur. İfa ilə bağlı rəylər müsbət idi. Lakin özünüz gördünüz ki, favorit sayılan Norveç də məğlub oldu. Ermənistanın finala çıxmaması onun nəticəsidir ki, səs verən ölkələrdə yaşayan ermənilərin sayı çox deyil. Ona görə də SMS-lər az oldu. Nə demək olar? “Eurovision”da nə olacağını qabaqcadan birmək olmur”.

Xatırladaq ki, mayın 10-da Almaniyanın Düsseldorf şəhərində “Eurovision” mahnı müsabiqəsinin birindi yarımfinalı keçirilib. Ermənistanı təmsil edən Emmi finala çıxa bilməyib.


DOSTLARINLA PAYLAŞ:

oyunlar