Ermənilər Ermənistanı tərk edir
04 Avqust 2014 Bazar Ertəsi 12:57
Erməni politoloq Aleksandr Qayents son yazılarından birində müstəqillik illərində Ermənistanı 2,2 milyon erməninin tərk ediyini bildirib.
Erməni politoloq, İrəvan geosiyasi klubunun şərhçisi Aleksandr Qayents son yazılarından birində müstəqillik illərində Ermənistanı 2,2 milyon erməninin tərk ediyini bildirib.
ANS PRESS-in məlumatına görə, Aleksandr Qayents yazır: “Rəsmi məlumatlara görə, ilk müstəqillik illərində Ermənistanı 1,1 milyon sakin tərk edib. Qeyri-rəsmi məlumatlara görə, bu say 2 dəfə çoxdur. Bu gün hər il Ermənistan ən azı 60 min adam itirir”.
1990-cı ildə Ermənistanda 3,5 milyon adam yaşayıb. Politoloqun sözlərindən belə başa düşülür ki, hazırda Ermənistanda təxminən 1,3 milyon adam qalıb. Aleksandr Qayents İrəvanda ölkədən qaçanlar barədə yaranmış məşhur lətifəni də xatırladıb. Lətifədə deyilir ki, İrəvan hava limanının divarına vurulan lövhədə yazılıb: “Xahiş edirik, sonuncu köçən işığı söndürsün“.
İnsanların Ermənistanı tərk etməsinin əsil səbəbini isə erməni sosioloq Ruben Barents izah edir: “Ermənilər öz degenerativ elitasından qaçır. Ermənilər Ermənistanda qoyulmuş qaydalar kasta cəmiyyətinin yaradılmasına səbəb olmasına dözə bilmir. Bu cəmiyyətdə insan degenerativləşdikcə onun sırtıqlığı və həyasızlığı daha da artır”.
Aleksandr Qayentsin yazdığına görə, Ermənistanı indi yüksək maaş alanlar da tərk edir. “Öz əməyinə görə yüksək maaş alan və hər cür şəraiti olan bir dostum “Mən ona görə gedirəm ki, bu sifətləri görmək istəmirəm“ demişdi".
DOSTLARINLA PAYLAŞ: