Ermənilər Ərdoğanın laz olduğunu iddia etdilər
15 Dekabr 2009 Çərşənbə Axşamı 10:45
“Modus Vivendi”: "Ərdoğanın siyası əcdadları XX əsrin ilk "soyqırımı"nın müəllifləridir"
“Modus Vivendi” mərkəzinin rəhbəri Ara Papyan bildirib ki, Türkiyə Baş naziri Rəcəb Tayyib Ərdoğanın əcdadları gürcü əsilli, yəni laz olub. “Arovat” qəzeti yazdığına görə, A.Papyan Ərdoğanın “əcdadlarım soyqırım etməyiblər”, sözlərini şərh edərkən belə deyib.
"Buna görə də heç kəs şəxsən Ərdoğanın əcdadlarını soyrıqım etməkdə günahlandırmır”, deyə Papyan qeyd edib. Onun sözlərinə görə, türklərin bu günki nəsli də bu “cinayət”də günahkar deyil, amma cavadehdir. "İndiki Türkiyə hüquqi cəhətdən Osmanlı İmperiyasının varisidir. Buna görə də Ərdoğanın siyası əcdadları XX əsrin ilk "soyqırımı"nın müəllifləridir", deyə A. Papyan qeyd edib.
Xatırladaq ki, erməni soyqırımı iddiası - Birinci Dünya Müharibəsi (1915-ci il) ərəfəsində Anadoluda yaşayan ermənilərin sistemli şəkildə məhv edildiyini irəli sürən iddiadır. ANSPRESS
DOSTLARINLA PAYLAŞ: