Ermənilər Ərdoğana sürpriz hazırlayır
24 Noyabr 2010 Çərşənbə 23:45
Sabah 3 min nəfərin iştirakı ilə Beyrutda etiraz aksiyası planlaşdırılır
Livanın erməni icması Türkiyə baş naziri Rəcəb Tayyib Ərdoğanın səfərinə ciddi hazırlıq görürür. Belə ki, sabah Ermənistanın “Qnçakyan” Sosial-demokrat partiyası, "Daşnaksütyun" və "Ramkavar-Azatakan" partiyaları 3 min nəfərin iştirak edəcəyi mitinq keçirəcək. ANS PRESS-in erməni kütləvi informasiya vasitələrinə istinadən verdiyi məlumata görə, bu haqda Livanda nəşr edilən erməni qəzeti “Azdak”ın redaktoru Şaqan Kandaxaryan məlumat verib. Onun sözlərinə görə, aksiya iştirakçılarının məqsədi Türkiyənin Osmanlı imperiyasının varisi olduğu, Livanın isə bu ölkədən zərər çəkdiyini və buna görə də Türkiyənin hörmət və ehtirama layiq olmadığını xatırlatmaqdır.

Qeyd edək ki, Ərdoğan Livana nəzərdə tutulduğundan 1 saat gec gəlib və hava limanında onu baş nazir Saad Hariri qarşılayıb. Hava limanının kənar hissələrində gənc livanlı ermənilər etiraz aksiyası keçirib. Nümayiş zamanı onlar "Türkiyə Livanın düşməni-İsrailin strateji tərəfdaşıdır" kimi şüarlar səsləndirib.




DOSTLARINLA PAYLAŞ:

oyunlar