Ermənilər Ağ evin qarşısında aksiya keçirib
24 Aprel 2010 Şənbə 12:55
Tədbirdə Türkiyə əleyhinə ittihamlar səsləndirilib.
Amerikada yaşayan bir qrup erməni Ağ evin qarşısında 24 aprel - qondarma erməni soyqırımı günü münasibətilə aksiya keçirib. Aksiyada iştirak edən 20-30 erməni əllərində Atatürkü təhqir edən, Türkiyəni "tarixi inkar"da ittiham edən və ABŞ prezidenti Barak Obamanın 1915-ci ildə baş verən hadisələri "soyqırımı" olaraq tanımasını istəyən plakatlar tutublar. Plakatlarda "Atatürk=Hitler soyqırımının qurucularıdırlar" yazılıb.

Aksiya iştirakçıları ağızlarını qırmızı lentlə bağlayaraq, əyinlərinə üzərində "Azadlıq heykəli"nin şəkli olan köynəklər geyiniblər. Onlar Türkiyəni "mədəni mirasa zərər vurmağa davam etməkdə" ittiham ediblər.

CNN Türk-ün məlumatına görə, ermənilərin aksiya keçirdiyi yerin yaxınlığında qaradərili bir nəfər səsgücləndirici vasitə ilə danışaraq ermənilərin səsinin yayılmasına mane olub. Bunun üçün Amerika-Erməni Komitəsinin (ANCA) direktoru Aram Hampariyan ona dayanması üçün pul verib.

Türlkər isə qondarma soyqırımının il dönümündə ermənilərin Türkiyənin ABŞ-dakı səfitrliyinin önünə toplaşmasının qarşısını almaq üçün binanın qarşısında növbə tutmağa başlayıblar. Amerikada təhsil alan türkiyəli tələbə Mehmet Tavanın sözlərinə görə, onlar ötən il də eyni üsuldan istifadə etdikləri üçün ermənilər səfirliyin qarşısına toplaşa bilməyiblər. O, bəzi ermənilərin də yaxınlıqda gözlədiyini və onların buradan ayrılan kimi dərhal səfirliyin qarşısına toplaşmağa cəhd edəcəklərini bildirib. "Səhərdən burdayıq. Sabaha qədər növbəmiz davam edəcək. Sabah isə nümayişimiz olacaq". ANSPRESS


DOSTLARINLA PAYLAŞ:

oyunlar