Erməni zərgərlər etraz edir
23 Fevral 2010 Çərşənbə Axşamı 17:05
Onlar illik gəlirdən 11 faizlik vergini ödəmək istəmirlər
Bu gün Ermənistan hökumət binasının qarşısında zərgərlik mağazalarının və yarmarkalarının işçiləri və satıcıları etiraz aksiyası keçiriblər. Bu aksiyaya nəinki İrəvandan, həttə Vanadzordan olan zərgərlər qatılıblar. Onlar illik gəlirdən 11 faizlik vergini ödəmək istəmirlər. Zərgərlər hökumətin ticarətçilərə qarşı atdığı bu addımı terror adlandırıblar. Çünki bu vergidən başqa, vergi orqanlarının işçiləri zərgərlərdən və satıcılardan özlərinə əlavə pul və vəsait tələb edirlər.
Aksiya iştirakçıları etiraz qətnaməsini bir müddət hökumət evinin qarşısında durduqdan sonra prezident iqamətgahına və Ermənistan Milli Məclisinə təqdim edə biliblər. Buna baxmayaraq, zərgərlər polis kardonu ilə də qarşılaşıblar. Hüquq mühafizə orqanlarının əməkdaşları aksiya iştirakçılarının qarşısını almaq üçün müdafiə səddi quraraq, onları parlament binasından xeyli uzaqlıqda saxlayıblar. Bununla belə, sonda etirazçılardan iki nəfər razılıq əsasında qətnaməni Ermənistan Milli Məclisinə təqdim edə bilib.
Qeyd edək ki, 4 səhifədən ibarət qətnaməni 1000 nəfərdən artıq satıcı və zərgər imzalayıb. ANSPRESS
DOSTLARINLA PAYLAŞ: